Əfqanıstanın paytaxtı Kabildə polis məntəqəsinə hücum nəticəsində azı üç polis ölüb, daha üçü yaralanıb. Islam.az SalamNews-a istinadən xəbər verir ki, bu barədə yerli "TOLONews" telekanalı Daxili İşlər Nazirliyinin nümayəndəsinə istinadən məlumat verib.
Daxili İşlər Nazirliyinin nümayəndəsi Nüsrət Rəhimi qeyd edib ki, yeddinci polis bölməsinə hücum bazar günü axşam saatlarında baş verib.
"Khaama Press" agentliyinin məlumatına görə, hücum silahlılar tərəfindən həyata keçirilib. Hücumdan sonra onlar polis məntəqəsni tərk edib.
Taliban radikal hərəkatı hücuma görə məsuliyyəti üzərinə götürüb.