Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi olub.
V.Zelenski and içdikdən sonra andiçmə mətnini imzalayıb və onu Konstitusiya Məhkəməsinin sədrinə təqdim edib. Sədr isə onun prezident vəzifəsinin icrasına başladığını elan edib.
Bundan sonra Vladimir Zelenski dövlət başçısının rəsmi hakimiyyət rəmzlərini alıb.
Xatırladaq ki, Ukraynanın Mərkəzi Seçki Komissiyası aprelin 30-da prezident seçkilərinin yekun nəticələrini rəsmən açıqlayıb. İkinci turda 73,22 faiz səsqazanmış Zelenski qələbə qazanıb, Petro Poroşenko isə 24,45 faiz səs toplayıb.