Bu gün Azərbaycanda İran Mədəniyyət günləri başlayır.

SalamNews xəbər verir ki, mədəniyyət günləri çərçivəsində konsertlərin keçirilməsi, sərgilərin təşkili və filmlərin nümayişi nəzərdə tutulur.
Bundan əlavə, Mədəniyyət və Turizm Nazirliyində nazir Əbülfəs Qarayev ilə İranın islami irşad və mədəniyyət naziri Məhəmməd Hüseyni arasında görüş olacaq. Muzey Mərkəzində sərgi açılacaq, axşam Muğam Mərkəzində mədəniyyət günlərinin təntənəli açılışı həyata keçiriləcək.
Oktyabrın 4-də və 5-də Muzey Mərkəzində İran filmləri göstəriləcək. Proqrama 4 film - “Günəş diyarı” ,“Ağlayan söyüd” ,“8-ci səma” və “Həzrət Süleyman səltənəti” daxil edilib. Ekran əsərlərinin nümayışı saat 15:30-da başlayacaq.
Üç gündən sonra mədəniyyət günləri Gəncə şəhərində davam etdiriləcək.