Əfqanıstanın Hilmənd vilayətində NATO qüvvələrinin aviazərbə zamanı yol verdiyi xəta nəticəsində 17 polis ölüb, 14-ü isə yaralanıb.
Havadan zərbələr dünən, polisin bu vilayətin paytaxtı Ləşkərgah şəhəri yaxınlığında "Taliban" silahlıları ilə döyüşdüyü zaman endirilib.
Hazırda zərbələri kimin - Əfqanıstan və ya ABŞ aviasiyasının endirdiyi aydın deyil. "Taliban" tərəfi isə hava zərbələrinin ABŞ təyyarəsi tərəfindən endirildiyini iddia edir.