Avstriya Milli Şurası (parlament) qızların orta məktəblərdə hicab geyinməsini qadağan edən qanunu layihəsinin lehinə səs verib.
İslam.az SalamNews-a istinadən xəbər verir ki, səsvermə ötən gün keçirilib. Qanun layihəsi Avstriya Xalq Partiyası və Avstriya Azadlıq Partiyası koalisiya hökumətinin üzvləri tərəfindən dəstəklənib.
Qanuna görə, yalnız tibbi məqsədlərlə və mənfi hava şəraiti ilə bağlı taxılacaq baş geyimləri istisna edilir.
2018-ci ilin noyabr ayında Avstriya parlamenti bağçalarda hicab taxılmasını qadağan etmişdi.