İraqın Nəcəf şəhərindəki ticarət mərkəzinin qarşısındakı etiraz aksiyası zamanı 4 nəfər həlak olub, 17 nəfər yaralanıb.
İslam.az Oxu.az-a istinadla xəbər verir ki, bunu ölkənin təhlükəsizlik orqanları bildirib.
Şiə lideri Müqtəda əs-Sədrin tərəfdarları Nəcəf şəhərindəki “Əl-Bəşir” ticarət mərkəzinin bağlanmasını tələb edirlər. Mərkəz blokun sabiq rəhbərlərindən birinə mənsubdur.
Bunula əlaqədar Nəcəf, Kərbəla və Xillə şəhərlərində nümayişlər keçirilib.