İran prezidenti Mahmud Əhmədinejad xarici mütəxəssislərin İranın nüvə obyektlərində araşdırmalar apara biləcəyini bir daha bəyan edib. İranın rəsmi "İRNA" agentliyinin verdiyi xəbərə görə, Əhmədinejad Küveyt parlamentinin sədri ilə görüşdə etdiyi çıxışı zamanı xarici ölkələrin nüvə mütəxəssislərinin İrandakı nüvə obyektlərində araşdırmalar apara biləcəyini bir daha bəyan edib
Tehran rəhbərliyi nüvə enerji proqramıyla əlaqədar narahatlıqların aradan qaldırılması üçün daha əvvəl də xarici ekspertləri nüvə zavodlarında araşdırmalar etməyə dəvət etmişdi.