Azərbaycanlı zəvvarları Həcc ziyarətinə aparan birinci avtobus karvanı Suriyaya çatıb. Zəvvarların qrup rəhbərlərindən olan Hacı Qəni Axundovun verdiyi məlumata görə, zəvvarlar Suriyada iki gün qalacaq və buradakı ziyarətgahlara başa çəkəcəklər.
Qrup rəhbəri zəvvarların səhhətində heç bir problem olmadığını, səfərin uğurla davam etdiyini deyib. Qafqaz Müsəlmanları İdarəsindən dekabrın 5-də yola düşən zəvvarların artıq Türkiyə ərazisində olduqları bildirilib. Digər zəvvarlar isə təyyarə ilə Həccə dekabrın 9, 10, 12 və 13-də yola salınacaq.