Səudiyyə Ərəbistanında pilotsuz uçan aparatlar (PUA) vasitəsilə neft kəmərlərinə hücum olub.
Bunu Səudiyyə Ərəbistanının enerji və sənaye naziri Xalid bin-Əl-Falih bildirib.
Onun sözlərinə görə, hücumdan sonra əsas kəmər vasitəsilə neftin nəqli dayandırılıb.
Hücumu Yəməndəki hüsi qiyamçılarının etdiyi ehtimal olunur.