ABŞ müdafiə naziri Leon Panetta İsrail rejiminə etdiyi səfər zamanı təyyarədə jurnalistlərin suallarını cavablandırıb.(AA) O, jurnalistlərə verdiyi açıqlamasında deyib ki, İsrail rejimi Yaxın Şərq regionunda getdikcə yalnızlaşır.

Bunun əsas səbəblərindən biri Türkiyə ilə arasında olan gərginlikdir. İsrail rejiminin Türkiyə və Misir kimi ölkələrlə əlaqələrinin düzəlməsi üçün ABŞ hökuməti tərəfindən mümkün olan hər bir şeyin edildiyini deyən Panetta, İsrail rejiminin Türkiyə ilə əlaqələri bərpa etmək üçün səylər göstərməli olduğunu vurğulayıb.Deyerler.org