Bütün xalqların inkişaf etmək üçün yenidənqurma və islahatlara ehtiyacları var". Bunu İran prezidenti Mahmud Əhmədinejad Suriya Ali yığıncağının nümayəndəsi Mahmud əl-Abraşla görüşü zamanı deyib. Onun sözlərinə görə, düşmənlər və bədxahlar regionda yaranmış vəziyyətdən məqsədləri üçün istifadə etməyə çalışırlar.
SalamNews-un ''İRNA''ya istinadən verdiyi xəbərə görə, Əhmədinejad deyib: ''Düşmənlərimiz anlamalıdırlar ki, heç vaxt Suriyanın, yaxud digər region ölkəsinin daxili işlərinə qarışa bilməyəcəklər. Hər bir xalqın demokratiya və azadlığda yaşamağa haqqı var Lakin bu sülh və danışıqlar yolu ilə əldə oluna bilər. NATO qoşunları heç bir xalqa demokratiya, azadlıq və ədalət bəxş edə bilməz. Suriya xalqı problemlərini özü həll etmək iqtidarındadır və NATO-nun demokratiya dərslərinə ehtiyac duymur. NATO regionda öz vəziyyətini möhkəmləndirmək üçün Suriyaya iqtisadi və digər yollarla təzyiq göstərir. İran da bu siyasəti öz üzərində hiss edib. İran həm Suriya, həm də digər region ölkələrində sülh və çiçəklənmənin bərqərar olmasına tərəfdardır. İranla Suriya hərtərəfli əməkdaşlığı yüksək səviyyədə işkişaf etdirməlidirlər''.
Suriya Ali yığıncağının nümayəndəsi Mahmud əl-Abraş isə İran xalqının suriyalıların qəlbində xüsusi yerə malik olmasını vurğulayaraq deyib: ''İranın və Suriyanın düşmənləri eynidir. Bu vəziyyət Suriya xalqının əsl doslarının kim olduğunu aşkara çıxardı. Özlərini dostumuz kimi qələmə verənlər son illərdə bizə yardım etsəydilər, Suriya hazırki problemlərlərlə üzləşməzdi''.