"Hollandiya məhkəmələri bəzən digər ölkələrin hüquq normalarını rəhbər tuturlar. Lakin bu zaman Hollandiya qanunvericiliyinin bütün müddəalarının yerinə yetirilməsinə və insan hüquqlarının aliliyinə diqqətlə nəzarət edirlər".
SalamNews-un Islam News-a istinadən verdiyi xəbərə görə, bu bəyanatla Hollandiyanın ədliyyə nazirinin müavini Fred Tiven radikal Azadlıq Partiyasının lideri Girt Vildersin İslam şəriətinin Hollandiya məhkəmələrinin çıxardıqları qərarlara təsiri haqda verdiyi suala cavabında bildirib.
Nazir müavinin sözlərinə görə, ümumilikdə üstünlük Hollandiya qanunlarına verilir.