Azərbaycanın dini mühitində özünəməxsus yeri olan və geniş izləyici auditoriyasının rəğbətini qazanmış “İnam” verilişi Mübarək Ramazan ayının başlanması ilə əlaqədar tamaşaçılar üçün geniş proqram hazırlayıb.
İslam.az-a daxil olan məlumata görə, artıq mayın 5-dən başlayaraq “İnam” verilişi Ramazan ayı boyu hər gün saat 17.00-dan “Space” telekanalı vasitəsi ilə yayımlanacaq.
Xatırladaq ki, verilişin ideya müəllifi və aparıcısı şərqşünas Seyid Camal Əzimbəylidir.