Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan İslam Partiyasının üzvlərinin cinayət işi üzrə növbəti iclas keçirilir
SalamNews xəbər verir ki, məhkəmə prosesi qapalı şəraitdə keçirilir, prosesi izləməyə yalnız AİP-in ailə üzvlərinə icazə verilib.
Xatırladaq ki, Mövsüm Səmədov yanvarın 7-də saxlanılıb. Ona qarşı 13 sutkalıq həbs qəti imkan tədbiri seçilib. Yanvarın 20-də isə Nəsimi rayon məhkəməsi ona qarşı 3 aylıq qərarı çıxarıb. Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə cinayət işi başlanılıb. AİP sədri hakimiyyəti zorla ələ keçirməyə və onu saxlamağa cəhd, silah və silah kimi istifadə edilə biləcək əşyaların saxlanmasında günahlandırılır.