İraq İŞİD-ə qoşulmuş tacikistanlıların övladlarından 84-ü bu ölkəyə təhvil verib.
Islam.az SalamNews-a istinadla xəbər verir ki, bu barədə Tacikistanın Xarici İşlər Nazirliyi bəyanat verib.
Tacikistan XİN bildirib ki, İŞİD-ə qoşulan vətəndaşların 84 övladı artıq xüsusi aviareyslə Bağdaddan Düşənbəyə gətirilib.
Qeyd edək ki, Tacikistan hökuməti 84 uşağı İraqdan ölkəyə gətirsə də onların valideynlərinin deskalasiya edilməsinə boyun qoymayıb.