Bu il aprelin əvvəlindən Liviyada davam edən vətəndaş müharibəsi nəticəsində 370-dən çox adam ölüb, 1822 nəfər yaralanıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının “Twitter”dəki səhifəsində bildirilir.
Xatırladaq ki, aprelin 4-də Şərqi Liviya Milli Ordusunun komandanı Xəlifə Həftar Milli Uzlaşma Hökumətinin yerləşdiyi paytaxt Tripolini terrorçulardan təmizləmək üçün hücuma başladıqlarını açıqlamışdı. Milli Uzlaşma Hökumətinə bağlı hərbi birləşmələr isə qarşılıqlı olaraq “Qəzəb vulkanı” əməliyyatına başladıqlarını açıqlamışdılar.