İsrail telekanalı “Makan”ın məlumatına görə, İsrail kəşfiyyat xidməti “Mossad” sədri Yossi Kohen BƏƏ ilə danışıqlar aparıb.
Islam.az musavat.com-a istinadla xəbər verir ki, məlumatda iki ölkə arasında münasibətlərin yaxşı səviyyəyə qaldırılması müzakirə olunub.
Telekanalın məlumatına görə, Dubayda keçiriləcək “Expo 2020” sərgisində İsrailin iştirakını təmin edəcək şəxs “Mossad” sədrinin özüdür. BƏƏ-nin İsraillə diplomatik əlaqələri olmasa da, Kohen ilə bu ölkənin vəzifəli şəxsləri arasında gizli görüş baş tutub.