ABŞ və Böyük Britaniyanın müştərək istehsal etdiyi beşinci nəsil borbardmançı və qırıcı təyyarə "Lockheed Martin F-35 Lightning -2" İraqda ilk hava zərbələrini həyata keçirib.
İslam.az SalamNews-a istinadla xəbər verir ki, bu barədə ABŞ Ordusunun Hərbi Hava Qüvvələri bəyanat verib.
Bildirilib ki, F-35 qırıcıları ötən gecə İraqın Kərkük əyalətinin "Vadi əş-Şay" və "Cibal-Hamrin" bölgələrində İŞİD-in tunelləri və silah anbarlarına hava zərbələri endirib.
ABŞ-ın HHQ-in bəyanatında gəlib ki, bu hava zərbələri müvəffəqiyyətlə həyata keçirilib.
Qeyd edək ki, Yaxın Şərqdə bu beşinci nəsil döyüş təyyarələrindən yalnız İsraildə var. ABŞ Türkiyənin Rusiyadan S-400 almasına görə bu təyyarələrin Ankaraya satışını ləğv edəcəyini bildirib.