Oxucu sual verir: Başqasından borc alaraq ziyarətə getmək olarmı?
Dinimiz borc almağı qadağan etmir, əksinə, başqasına borc verməyi təşviq edir. Borc verən şəxs qarşı tərəfi sıxmamalı, hətta borcu vaxtında qaytara bilmədiyi zaman ona bir az da möhlət verməlidir. Bir şəxsin başqasından borc alaraq ziyarətə getməsində heç bir günah yoxdur. Əgər öz normal qazancını yığaraq ziyarətə getməsi mümkün deyilsə, bunu borc vasitəsilə edib, sonra hissə-hissə borcu qaytara bilər. Əlbəttə, borc şərtlərinin şəriətə uyğun olması vacibdir. Sələm (faiz) yolu ilə borc almaq hər bir halda günahdır, o cümlədən, sələmlə borc alıb həmin pulla ziyarətə getmək də qadağandır, bu cür ziyarət də qəbul deyil.