Suriyanın Baş müftisi Əhməd Bədr əd-Din Xasunun oğlu Səriyə Xasun İdlib vilayətində Əbl Universitetinin yaxınlığında naməlum şəxslr tərəfindən güllələnib.

SalamNews-un RİA ''Novosti''yə istinadən verdiyi xəbərə görə, Səriyə Xasun müəllimi ilə söhbət edərkən silahlı şəxslərin hücumuna məruz qalıb. Qohumaları onun iki güllə yarası alması nəticəsində sonradan hospitalda öldüyünü deyiblər.
Bildirək ki, son zamanlar Suriya prezidenti Bəşər Əsədin tərəfdarları tez-tez hücumalara məruz qalırlar. Suriyanın Baş müftisi Əhməd Bədr əd-Din Xasun da prezidentin ən yaxın tərəfdarlarından hesab olunur.
Xatırladaq ki, Suriyada hökümət əleyhinə nümayişlər martın ortalarından etibarən davam etdirilir. BMT-nin hesablamalarına görə, bu ölkədə toqquşmalar nəticəsində 2700 nəfər həlak olub. Yerli hökümət isə bu rəqəmin 1500 nəfər, o cümlədən 800 nəfər hökümət qüvvələrinin nümayəndələrindən olduğunu təkid edir.
ABŞ və Avropa İttifaqı Suriya prezidenti Bəşər Əsədi istefaya getməyə çağırıb