İraqın Xarici İşlər Nazirliyi Bəhreyn səfiri və ABŞ səfirinin əvəzedicisini çağıraraq rəsmi Bağdadın onlara etirazını bildirib.
İslam.az SalamNews-a istinadla xəbər verir ki, Bəhreyn və ABŞ rəsmilərinin habelə səfirliklərinin İraqla bağlı mövqelərindən sonra rəsmi Bağdad bu iki ölkəyə nota verib.
İraqın Xarici İşlər Nazirliyi Bəhreyn XİN rəhbərinin İraqla və onun dini-siyasi şəxsiyyətləri ilə bağlı təhqiredici mövqeyindən sonra ikincinin Bağdaddakı səfiri Salah əl-Malikini çağıraraq rəsmi Bağdadın etirazını bildirib.
Eyni zamanda ABŞ-ın Bağdaddakı səfirliyinin İran-İraq əlaqələri haqda və İran ali dini liderinin ünvanınan yayımladığı təhqiredici statusundan sonra Vaşinqtonun İraqdakı səfirinin əvəzedicisi də XİN-ə çağırılıb və nota verilib.
Qeyd edək ki, Bəhreyn XİN rəhbərinin İraqın tanınmış siyasi və din xadimi Müqtəda Sədrin ünvanına təhqiredici ifadələr işlətməsindən sonra iraqlılar Bəhreyn səfirliyi qarşısında aksiya keçiriblər.