Şri-Lanka prezidenti Maytripala Sirisena insanın üzdən şəxsiyyətini müəyyən etməyə maneəçilik törədən istənilən geyim növündən istifadəni qadağan edən sərəncam imzalayıb.
Bu barədə bazar günü "News 1st" portalı yazıb.
Bildirilir ki, qadağa aprelin 29-dan qüvvəyə minəcək. Bu addım ötən həftə silsilə terror aktları yaşanan ölkədə vəziyyətin sabitləşdirilməsi məqsədi ilə atılıb.