Türkiyədə həbs olunan Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) iki casusundan biri intihar edib.
O, saxlandığı Silivri həbsxanasında həyatına son qoyub.
Hadisə barədə əlavə məlumat verilməyib. Rəsmi qurumlar da hələlik məlumat yaymayıb.
Qeyd edək ki, aprelin 19-da Türkiyənin İstanbul şəhərində BƏƏ-nin iki agenti tutulub.