CNN Səudiyyədə 37 vətəndaşın edamı ilə bağlı gizli detallar açıqlayıb
"Son edam Səudiyyə Ərəbistanın tarixində ən kütləvi edam hesab edilir."
İslam.az SalamNews-a istinadla xəbər verir ki, bu barədə CNN telekanalının Səudiyyə Ərəbistanında bir həftə öncə həyata keçirilən 37 nəfərin edamı ilə bağlı yayımladığı reportajda deyilir.
Telekanal bildirib ki, son edam haqda bəzi gizli sənədlər əldə edib ki, bu sənədlərdə mühakimə prosesinin şəffaf və ədalətli olmamasından xəbər verir.
Əldə edilən sənədlərdə göstərilir ki, məhkumların böyük əksəriyyəti dini etiqadlarına görə (şiə) həbs ediliblər və onlara qarşı terrorçuluq kimi sübuta yetməyən ittihamlar irəli sürülüb.
Sənədlərə əsasən bəzi məhbusların tutulma səbəbi onların xarici telekanallara verdiyi müsahibələr, yazdığı kitablar və etdiyi çıxışlar olub.
CNN-in əldə etdiyi sənədlərdə deyilir ki, etiraz aksiyalarında iştirak etmək və fəal olmasından dolayı bəzilərinə qarşı İranın lehinə və Hizbullaha cəsusluq etmək ittihamları irəli sürülüb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı bir həftə öncə ölkədə 37 məhbusu edam edib ki, onlardan 32-i Qətif, əl-İhsa və Mədinə şəhərində yaşayan şiə müxalifət üzvləri və fəalları olub. Onların çoxunu gənclər təşkil edir ki, 2011-ci ildə aksiyalarda iştirak edən və həbs edilənlərdir.