ABŞ hərbi təyyarələri Somalinin Qalqadud bölgəsindəki Elbur qəsəbəsini bombalayıb.
"Press Tv"nın verdiyi xəbərə görə, hadisə nəticəsində 35 nəfər həlak olub. Hücumda hədəf isə "Əş-Şəbab" qruplaşmasının olduğu bildirilir. Bombardman nəticəsində xeyli mülkü vətəndaş da yaralanıb.