POPULYARXƏBƏRLƏR

İŞİD-in bir çox ölkələrdə “filialı” var

Aprelin 21-də Şri-Lankada baş vermiş terrorun məsuliyyətini İŞİD-in öz üzərinə götürməsi bu qruplaşmanı yenidən diqqət mərkəzinə gətirdi. Çünki düz bir ay əvvəl, martın 23-də Suriyada sonuncu İŞİD qəsəbəsi Bağuz kürd və amerikalı qüvvələr tərəfindən ələ keçirildikdən sonra ABŞ prezidenti Donald Tramp təntənəli surətdə bəyan etdi ki, artıq İŞİD başa çatıb. 2017-ci ilin 22 noyabrında isə İraq hökuməti ölkə ərazisində İŞİD-in məğlub edildiyini rəsmən bəyan etmişdi.

Ancaq bu zəfər bəyanatından tam bir ay sonra İŞİD Şri-Lankada 359 nəfərin öldüyü, 500-ə yaxın insanın yaralandığı terror aktını törətdi. Hər halda, terror aktının məsuliyyətini İŞİD üzərinə götürdü. Amma təkcə Şri-Lankada deyil, ötən həftə Suriyada İŞİD gözlənilmədən Suriya ordusuna hücum edib və 35 hərbçini öldürüb. İndi Rusiya Suriyada İŞİD-in yenidən qayıtması barədə xəbərdarlıq edir.

Amma əslində İŞİD “getməmişdi”. Məsələn, BBC-nin araşdırmalarına görə, 2018-ci ildə İŞİD-ə məxsus təbliğat səhifələri müxtəlif ölkələrdə həyata keçirilən 3670 terror hücumunun məsuliyyətini öz üzərinə götürüb. Bu, günə təxminən 11 terror hücumu deməkdir.

Eyni zamanda 1767 terror, yəni 48 faizi İraqda, 1124 hücum, yəni 31 faizi Suriyada həyata keçirilib. Yerdə qalan terror hücumlarının əksəriyyəti Əfqanıstan, Misir, Somali və Nigeriyada baş verib. Təbii ki, siyahıda Britaniya, Fransa və Almaniya kimi Avropa ölkələri də var.

Beləliklə, 2018-ci ildə:

Əfqanıstanda - 316

Misir (Sinay yarımadasında) - 181

Somali - 73

Nigeriya - 44

Yəmən - 41

Filippin - 27 terror hücumu baş verib.

İndi ekspertlərə görə, İŞİD artıq torpaq üzərində hakimiyyəti olmayan terror təşkilatı kimi fəaliyyət göstərir, yəni 5 il əvvəl olduğu kimi ərazilər tutub dövlət elan etmir, «Əl-Qaidə»nin etdiyi kimi qəfil hücumlar həyata keçirir. Amma eyni zamanda bir sıra ölkələrdə yenidən təşkilatlanmağa çalışır. Bu, daha çox İraq və Suriyada müşahidə olunur. Məlum olduğu kimi, İŞİD 5 il əvvəl İraq və Suriyada 88 min kv.km əraziyə sahib idi, onun nəzarət etdiyi məntəqələrdə 8 milyona yaxın insan yaşayırdı.

2017-ci ildə Mosulu azad edən İraq ordusu İŞİD-i demək olar ki, bütün yaşayış məntəqələrindən qovdu və noyabrda yekun qalibiyyət elan etdilər. Amma indi xüsusən də son bir ildə İŞİD Diyala, Səlahəddin, Anbar, Kərkük və Ninova kimi ərazilərdə hüquq-mühafizə orqanlarına hücumlar təşkil edir, adamları oğurlayır və terror aktları törədir.

İŞİD-in filialları ile ilgili görsel sonucu

ABŞ Müdafiə Nazirliyinin qənaətinə görə, İŞİD İraqda Suriyadan daha sürətli bir şəkildə güclənməyə çalışır. Təhlükəsizlik analitiklərinin hesablamalarına görə, hazırda İŞİD-in müxtəlif bölgələrdə 2 minə yaxın silahlı üzvü var. Bir zamanlar 80 min silahlı üzvü olan qruplaşma üçün 2 min az görünə bilər, amma indi İŞİD faktiki bir torpaq parçası üzərində hakimiyyət qurmadığından 2 min gizli terror hücumları üçün ciddi rəqəmdir. Bunu yuxarıdakı statistikadan da görmək olur, terror hücumları və sui-qəsdlərin sayı artır.

Suriyanın şimal-şərqinə nəzarət edən kürdlər İŞİD-in yeni taktika ilə hücumlarını artıracağından narahatdır. Partizan hücumları, terror aktları və nəhayət, həbsxanalardakı İŞİD üzvlərini kürdlər ciddi təhdid olaraq görürlər.

İŞİD-in Yaxın Şərqdən (İraq və Suriyadan - K.R.) kənarda ən böyük “özəklərindən” biri Nigeriyada yerləşir. 2009-cu ildən Nigeriyada fəaliyyət göstərən radikal təkfirçi “Boko-Haram” terror təşkilatının 2016-cı ildə bölünməsindən sonra “İŞİD-in Qərbi Afrika vilayəti” adlı təşkilat ortaya çıxıb. Ümumilikdə “Boko Haram” aktiv fəaliyyət göstərdiyi 10 il ərzində 30 min insanın ölümünə səbəb olub, 2 milyon insan isə qaçqın düşüb. Hazırda “İŞİD-in Qərbi Afrika Vilayəti” qruplaşması Nigeriya ilə yanaşı Çad, Kamerun və Nigerdə də hücumlar həyata keçirir. Bu qruplaşmanın təxminən 15-18 min üzvünün olduğu güman edilir. Əsas qazanc yerləri qaçaqmalçılıq, adam qaçırma və xəracdır.

İlgili resim

Afrikada İŞİD-in ikinci böyük gücü Misirdə, daha dəqiqi, Sina yarımadasında yerləşir. “Beyt əl-Makdis” (Qüdsün qədim adı - K.R.) daşıyan qruplaşma əsas yarımadada Misir polisi, ordu və hökumət məmurlarına hücumlar həyata keçirir. 2017-ci ilin payızında qruplaşmanın məsciddə törətdiyi terror nəticəsində 235 nəfər ölüb, 200-dən çox insan yaralanıb. Qruplaşma 2018-ci ildə də bir sıra terror hücumları həyata keçirib. Qahirə yaxınlığında isə qruplaşma 7 xristianı qətlə yetirib. Qərb analitikləri Suriya və İraqdan qaçan bəzi İŞİD üzvlərinin Misirə yerləşəcəyi ilə bağlı xəbərdarlıq edir.

Afrikada İŞİD-in daha bir “filialı” Demokratik Konqo Respublikasında mövcuddur. Daha doğrusu, bu mövcudluq yaxın zamanlarda məlum olub. İŞİD ilk dəfə bu həftə bu ölkədə baş verən terror aktının məsuliyyətini üzərinə götürüb. Yerli rəsmilər İraq və Suriyadan qaçan afrikalı İŞİD üzvlərinin bir qisminin bu ölkəyə yerləşdiyini iddia edir. Terror aktının məsuliyyətini isə özünü “İŞİD-in Mərkəzi Afrika təmsilçisi” kimi tanıdan qrup üzərinə götürüb.

İŞİD-in ən güclü olduğu ölkələrdən biri də Əfqanıstandır. İŞİD bu ölkədə ilk dəfə 2014-cü ildə, yəni Suriya və İraqda “xilafət” elan etdikdən dərhal sonra üzə çıxıb. Hazırda ölkənin şimal və mərkəz rayonlarında özünü göstərən İŞİD-in 2 minə yaxın silahlı üzvünün olduğu ehtimal edilir. Və bu qruplaşma Əfqanıstanda əsas hərbi güc olan Talibanla savaşır.

Dünyanın əhali sayına görə ən böyük müsəlman ölkəsi olan İndoneziyada münaqişə bölgəsi olmasa da, bu ölkədən təxminən 500 insanın Yaxın Şərqdə İŞİD sıralarında döyüşdüyü ehtimal olunurdu. Hazırda yerli rəsmilər İŞİD üzvlərinin bir çoxunun yenidən ölkəyə qayıtdığını ehtimal edir. Ötən ilin may ayında özünü İŞİD-in tərəfdaşı elan edən JAD qruplaşması İndoneziyada terror aktı törədib və nəticədə 30 nəfər ölüb.

Uzaq Şərqdə yerləşən Filippin adalarında 80 milyonluq əhalinin 5 faizi, yəni təxminən 4 milyon müsəlman yaşasa da, adalarda uzun illər radikal islamçı “Əbu Səyyaf” qruplaşması fəaliyyət göstərib. 2014-cü ildən sonra isə Filippində İŞİD-in sorağı gəlməyə başlayıb. 2017-ci ildə İŞİD silahlıları Maravi şəhərinə hücum edib və yüzlərlə insanın ölümünə səbəb olan toqquşmalar baş verib. Hökumət qüvvələri Maravi şəhərini azad etsə də, tropik meşələrdə İŞİD silahlılarının olması ilə bağlı narahatlıq qalır.

Qərb ölkələri də İŞİD-in hücumlarından özlərini qoruya bilməyib. 2018-ci ildə Fransa, Belçika, Kanada və Avstraliyada ümumilikdə İŞİD tərəfindən 7 terror hücumu həyata keçirilib. Şri-Lanka terroru göstərdi ki, indi “yer altına” çəkilən qruplaşma ən gözlənilməz regionlarda belə qəfil üzə çıxa bilər.

Kənan RÖVŞƏNOĞLU,

“Yeni Müsavat”



Yerləşdirilib:26 Aprel, 2019  14:24, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com