Misirdə hərbiçilər etiraz aksiya iştirakçılarının parlament seçkilərdən qabaq seçki qanunu dəyişdirmək barədə tələbləri ilə razılaşıblar.
APA-nın verdiyi xəbərə görə, Misirdə parlament seçkiləri bu ilin noyabr ayına təyin olub. Etirazçıların fikrincə seçki qanunun hal-hazırdakı redaksiyası parlamentə əksərən Hüsni Mübarək tərəfdarların keçməsinə imkan verir. Hərbiçilərin hansı dəyişiklərin edilməsinə razılıq vermələri barədə məlumat yoxdur.
Hərbiçilər bildiriblər ki, ölkədə fövqəladə vəziyyətinin ləğv olunması məsələsinə də baxacaqlar.