Ukraynada prezident seçkilərinin II turu start götürüb. Seçki məntəqələri yerli vaxtla 08:00-da açılıb və 20:00-dək fəaliyyət göstərəcək.
Islam.az xəbər verir ki, seçicilərin sayı təqribən 26 milyon nəfər təşkil edir.
Xatırladaq ki, ukraynalılar iki namizəd - hazırkı dövlət başçısı Petro Poroşenko və yumor ustası Vladimir Zelinski arasında seçim edirlər.