Əfqanıstan paytaxtı Kabilin mərkəzində nazirliklər və hotellərin yerləşdiyi prospektdə partlayış törədilib.
İslam.az SalamNews-a istinadla xəbər verir ki, partlayış Rabitə və Telekomminikasiya Nazirliyi yaxınlığında törədilib.
Partlayışdan sonra naməlum silahlılar nazirliyin ərazisinə, yaxınlığındakı polis postuna və digər obyektlərə hücum ediblər.
Hücum nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Qeyd edək ki, Taliban hərəkatı bir həftə öncə mövsüm hücumlarına başladığını elan edib.