Fransada gələn il keçiriləcək prezident seçkilərinin ən güclü namizədlərindən biri olan Fransua Hollandın qondarma erməni soyqırımının inkarını cinayət sayan qanunu senatın gündəminə salması ilə bağlı erməni diasporuna söz verməsi, Türkiyənin etirazına səbəb olub.

SalamNews-un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Türkiyənin Parisdəki səfiri Tahsin Burcuoğlu Fransua Hollanda bununla bağlı məktub yazıb və Türkiyə hökumətinin mövzu ilə əlaqədar etirazlarını bildirib: "Bu qanun qüvvəyə minərsə, Türkiyə-Fransa əlaqələrinə ciddi zərbə vurulacaq".