Türkiyədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xeyrinə cəsusluq edən iki nəfər saxlanılıb. İslam.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi hüquq-mühafizə orqanlarına istinadən xəbər verir.
Cəsusların ələ keçirilməsi İstanbul Prokurorluğu tərəfindən icra edilən istintaq çərçivəsində mümkün olub. Hər iki şəxs BƏƏ-nin lehinə casusluq etdiyini etiraf edib.
Hazırda faktla bağlı araşdırma aparılır. Onlardan birinin jurnalist Camal Kaşıqçının qətli ilə əlaqəsinin olduğu ehtimal edilir.