Sudanın sabiq prezidenti Ömər əl-Bəşirin qardaşları Abdullah və Abbas həbs edilib.
İslam.az Virtualaz.org-a istinadən bildirir ki, keçmiş prezidentin qardaşları vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunurlar.
Xatırladaq ki, aprelin 11-də Sudanda dövlət çevrilişi olub. Prezident Ömər əl-Bəşir, ölkənin sabiq müdafiə naziri Əbdurrəhim Hüseyn, hakim Milli Konqres Partiyasının sədri Əhməd Harun, əl-Bəşirin sabiq müavini Əli Osman Tah, həmçinin Prezident Qvardiyasının üzvləri həbs olunublar.