Fələstinlilərin BMT-yə tam üzvlülük üçün müraciət etməsinə cavab olaraq, Vaşinqton hökuməti fələstinlilərə göndərdiyi 200 milyon dollarlıq qida və tibbi yardımları kəsməyə hazırlaşır. "The Independent" qəzetinin xəbərinə görə, ABŞ-ın Fələstinə yardımları dondurması qərarı isə fələstinlilər tərəfindən təpkiylə qarşılanıb. Fələstin hökuməti ABŞ-ın atdığı bu qərarı "haqsız" qərar adlandırıb.

Qeyd edək ki, Fələstinin BMT tərəfindən tanınmasının əleyhinə olan ABŞ hökuməti fələstinlilərin BMT-yə üzvlük üçün müraciət edəcəyi təqdirdə ayrılan yardımların dayandırılacağını barədə xəbərdarlıq etmişdi.