POPULYARXƏBƏRLƏR

Quranı oxuyub başa düşməliyik

Əziz möminlər!
Bildiyimiz kimi, müqəddəs kitabımız Qurani-Kərim bir həyat bələdçisi, əxlaq qaydaları məcmuəsidir. Hər sahədə yol göstərici olaraq, dünya və axirət səadətinin açarını verən misilsiz bir kitabdır. Bu səbəblə Qurani-Kərimi oxuyub, onun məzmununu öyrənmək hər müsəlmana vacibdir.

Təəssüf ki, günümüzdə az qala hər evdə Quranın olmasına baxmayaraq, onu açıb oxumur, evin ən yuxarı yerində üstünü toz basmış halda saxlayırıq. Yaxın bir insanımızdan gələn məktubu dərhal açıb oxuduğumuz halda, ən böyük sevgi və ehtirama layiq olan Rəbbimizin göndərdiyi bu ilahi mesaca laqeyd yanaşırıq. Quran daha çox yas məclislərində, qəbiristanlıqlarda yada düşür, bir para insanlar üçün gəlir mənbəyinə çevrilərək ucuzlaşdırılır.

Düzdür, Quranı oxumaq da bir ibadət, hətta açıb üzünə baxmaq belə savabdır. Lakin bu, onu oxumağa və başa düşməyə təşviq üçündür. Çünki Quran, içində olan əmr və qadağalara riayət etməyimiz və öz həyatımızı onunla tənzimləməyimiz üçün göndərilmişdir. Bəqərə surəsinin 2-ci ayəsində Qurani-Kərimin təqva sahibləri üçün doğru yol göstərən olduğu bildirilir. Həzrəti Peyğəmbər (s.ə.s.) bir hədisində Qurani-Kərimdən cüzi bir şey belə öyrənməyənləri xaraba binaya oxşatmışdır.

Hörmətli müsəlmanlar!

Qurani-Kərimi oxuyub başa düşməliyik. Çünki o, hər şeydən əvvəl insanı, öz əliylə düzəltdiyi bütlərə sitayiş etmə rəzilliyindən xilas etmişdir. Bundan başqa, insanları kainatın həqiqi və tək yaradanı olan Uca Allaha qul olaraq ibadət etmə şüur və şərəfinə qovuşdurmuşdur. Müqəddəs kitabımız, hər əsrin kitabı olaraq göndərildiyi üçün, içində olan məlumatlar da hər sahəni əhatə edəcək mahiyyətdədir. O, ən ibtidai insandan ən mədəni fikir adamlarına, ən dindar şəxsdən dinlə əlaqəsi olmayanlara, varlılar qədər kasıblara da xitab etdiyindən, hər növ insanı maraqlandıran ünsürləri əhatə etməkdədir.

Biz Qurani-Kərimi oxuduqda görürük ki, o yalnız inanc və ibadətlərə aid bir kitab deyil. O, dünya həyatımızın da hər sahəsində bizə yol göstərir. O, bütün bəşəriyyətə xitab edən bir kitabdır.

Çalışqanlığı mədh edib, tənbəlliyi qınayan, zülmü ləğv edib, mərhəmətə yönəldən, böyüklərə hörməti, kiçiklərə şəfqəti əmr edən, düşüncəsizliyi yaxına qoymayıb, ağıla layiq olduğu mərtəbəni verən yenə Qurani-Kərimdir.

O, ruhlara şəfa verəndir, bədbinliyə qapılan insanı sıxıntıdan xilas edəndir. Onunla fərdlər və cəmiyyətlər əmin-amanlıq və aram tapmış, onun gətirdiyi prinsiplərlə mədəniyyətlər qurulmuş, onunla qaranlıqlar nura qovuşmuşdur. Buna görə də, Qurani-Kərim oxunmalı və başa düşülməlidir. Onu tam və doğru olaraq başa düşməyə çalışmaq hər bir müsəlman üçün öndə gedən bir vəzifə olmalıdır.

Möhtərəm müsəlmanlar!

Özümüz Qurani-Kərimi oxumaqla yanaşı, uşaqlarımıza da Qurani-Kərimi oxumağı öyrətməyə çalışmalıyıq. Unutmayaq ki, buna biganə qalmaq valideynlər üçün böyük məsuliyyətdir. Həzrəti Peyğəmbərin (s.ə.s.) bu hədisi möminlər üçün təlimat olmalıdır: "Uşaqlarınıza Peyğəmbər sevgisini, əhli-beyt sevgisini və Quran oxuma və sevgisini güclü bir şəkildə aşılayıb könüllərinə və beyinlərinə yerləşdirin" (Fəthu'l-Kəbir ,1/59).

Quranın özündə Qurani-Kərimdə haqqında belə buyurulur:

"Həqiqətən, bu Quran ən doğru yola yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata nail olacaqları ilə mücdə verir" (İsra, 9);

"Biz Quranı sənə hər şeyi izah etmək üçün, müsəlmanlara da bir hidayət, mərhəmət və mücdə olaraq nazil etdik" (Nəhl, 89);

"Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana bir şəfa, möminlərə hidayət və mərhəmət gəlmişdir" (Yunus, 51).

Sonda Həzrəti Peyğəmbərin (s.ə.s.) Quran haqqında olan məşhur bir hədisini xatırlayaq. Həmin hədisdə belə buyurulur: "Quran oxuyun. Çünki o, qiyamət günündə onu oxuyanlara şəfaət edəcək" (Fəthu'l-Kəbir, 1/217).

Aqil HACIYEV ([email protected])



Yerləşdirilib:7 Dekabr, 2007  22:52, ]]>Çap]]>
 
Bu bölmədə:
20 İyun, 2017
Ac qalma, oruc tut

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com