Pakistanda naməlum şəxslərin avtobusa silahlı hücumu nəticəsində azı 14 nəfər ölüb.
Hadisə aprelin 18-də Pakistanın cənubunda yerləşən Bəlucistan əyalətində yolda baş verib.
Makran şosesində, Karaçı və Qvadar şəhərlərini birləşdirən yolda bir qrup silahlı avtobusu dayandıraraq sərnişinlərdən sənəd tələb ediblər. Silahlılar avtobusdan endirdikləri 14 nəfəri güllələyərək öldürüblər.