Oxucu sual verir: “Bəni-İsrail” sözünün mənası nədir?
“Bəni-İsrail” sözünün ərəb dilindən tərcüməsi “İsrail oğulları” deməkdir. Qurani-Kərimdə Həzrət Yəqub Peyğəmbərin (ə) nəslindən olan yəhudi millətinə Bəni-İsrail deyilir. “İsrail” Həzrət Yəqub Peyğəmbərin (s) ləqəbidir. Yəhudi inancına və Bibliya rəvayətinə görə, guya Yəqub Peyğəmbər (ə) bir səfərində səhrada insan cildinə girmiş Allahla (və ya Onun mələyi ilə) güləşdiyinə görə bu ləqəbi qazanmışdır (mənasının “Allaha qalib gələn, Allahı yıxan” olduğu bildirilir; Tövratın Təkvin kitabı, 32-ci fəsil). Lakin İslam inancına görə, bu rəvayət tamamilə səhvdir. Çünki Allahın insan cildinə girməsi və insanla güləşməsi qeyri-mümkündür. Əslində “İsrail” sözü¬nün mənası yəhudi dilində “Allahın bəndə¬si” deməkdir. Yəqub Peyğəmbərin (ə) 12 oğlu vardı və yəhudi milləti bu 12 oğuldan törəmiş, qollara ayrılmışdı.