İraqın müqəddəs Nəcəf şəhərinin imam-cüməsi işğalçı ABŞ əsgərlərinə bu ölkədə toxunulmazlıq hüququnun verilməsinin yolverilməz olduğunu deyib. "FHA"nın verdiyi xəbərə görə, sentyabr ayının 30-da etdiyi cümə xütbəsi zamanı, "Hansı ölkədən olursa olsun, bu məmləkətdə iraqlılar əleyhinə cinayət işləyən hər kəs bu məmləkətdə də həbs olunmalı və qətlə yetirdiyi insanların ailələrinə hesab verməlidir" - deyib.
İmam-cümə çıxışının davamında bunları söyləyib: "İraq və ABŞ hökumətləri arasında təhlükəsizliyə dair müqavilənin sona çatmasından sonra, amerikalı əsgərlərdən bir qrupunun iraqlı əsgərlərə hərbi təlimlər keçmək məqsədi ilə burada qalacaqları təqdirdə onlara toxunulmazlıq hüququnun verilməsi qəbuledilməzdir, hətta belə bir şey düşünülə də bilinməz! İraq rəsmiləri əsla belə bir şeyi qəbul etməməlidirlər! Əks təqdirdə bu ölkədə ABŞ və onun əlaltıları ilə müharibə bitməyəcək".