İranda işinə başlayan ''Fələstində xalq hərəkatının müdafiəsi'' V Beynəlxalq Konfransında iştirak etmək üçün Livan, İraq, Əfqanıstan, Qətər və İndoneziyadan olan parlament nümayəndə heyətləri Tehrana gəliblər.
SalamNews-un ''IRNA''ya istinadən verdiyi xəbərə görə, bundan başqa, Kanada, Danimarka, Polşa, Qırğızıstan, Pakistan, Oman, Əlcəzair, Boliviya, Malavi, Banqladeş, Zimbabvedən olan nümayəndə heyətləri də Teharandadırlar.
Konfransın Baş katibi Şeyxülislam Hüsseyn deyib ki, daha 16 ölkədən nümayəndələrin tədbirə gələcəkləri gözlənilir.
Xatırladaq ki, İran parlamentinin spikeri Əli Laricani Azərbaycanlı həmkarı Oqtay Əsədovu və Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadəni də tədbirdə iştiraka dəvət edib.
Şeyxülislam Allahşükür Paşazadəninin çıxışı zamanı Azərbaycanın Fələstin xalqının haqq səsinə dəstək olacağını və bu yolda atılmış addımlar barədə danışacağı, həmçinin, Fələstin məsələsində müsəlman birliyinin vacibliyini vurğulayacağı gözlənilir.