Əfqanıstanın Taliban hərəkatı yaz mövsümün gəlməsi və istilərin düşməsi ilə ABŞ və ölkə ordusu qüvvələrinə irimiqyaslı mövsüm hücumlarının başladığını elan edib.
Islam.az SalamNews-a istinadla xəbər verir ki, bu barədə Taliban hərəkatının sözçüsü Zəbihullah Mücahid məlumat verib.
Öz rəsmi twitter səhifəsində Talibanın yeni strategiyası haqda məlumat verən sözçü bildirib ki yaz fəslinin gəlməsi ilə hərəkat "Fəth əməliyyatı" adlı irimiqyaslı hücumlara başlayır.
Talibanın bu bəyanatında bildirilib ki, ABŞ qüvvələri xüsusilə də Baqram hərbi qərargahındakı qüvvələr fərqli əməliyyatlarla hədəfə alınacaqlar.
Qeyd edək ki, Talibanın bu hücum bəyanatı ABŞ-la aparılan sülh danışıqları fonunda verilib. Bəzi ekspertlər Talibanın mövsüm hücumlarından sonra sülh danışıqlarının ləğvini təxmin edirlər.