Sudan Ordusu 31 il hakimiyyətdə qalan Ömər əl-Bəşirə qarşı çevriliş həyata keçirdikdən sonra bütün siyasi məhbusları azad edib.
Islam.az SalamNews-a istinadla xəbər verir ki, bu barədə Sudanın Dövlət xəbər agentliyi məlumat yayıb.
Agentlik bildirib ki, təhlükəsizlik qüvvələri və Milli Kəşfiyyat ölkədə bütün siyasi məhbusları azad edib.
Əlavə edilib ki, Ömər əl-Bəşir hazırda ev dustaqlığı şəraitindədir və onun hökumətində olanlardan , yaxınlarından və prezident qvardiyasından 100-dən artıq şəxs saxlanılıb.
Məlumata görə çevriliş edən ordu generalları hazırda rəsmi bəyanatla bağlı toplantı keçirirlər və gün ərzində müvəqqəti hökumət barədə xalqa müraciət ediləcək.