Rusiyanın Suriyada Düşmən Tərəflərin Barışdırılması Mərkəzinin rəhbəri Viktor Kupçişin Suriyanın şimal-şərqindəki Əl-Xol düşərgəsində 235-dən artıq uşağın artıq öldüyünü bildirib.
Bu barıədə RİA Novosti məlumat yayıb.
"Düşərgədə hər gün uşaqlar da daxil olmaq 10-20 nəfər ölür. Ötən həftə dərman, ərzaq və dözülməz həyat şəraiti səbəbindən düşərgədə yeddi uşaq dünyasını dəyişib. Əl-Xol düşərgəsində ölən uşaqların sayı 235-ə çatıb ", - Kupçişin deyib.
O, beynəlxalq təşkilatları düşərgədə vəziyyətin yaxşılaşdırılması üçün tədbirlər görməyə çağırıb.