Suriya ilə Türkiyə arasında artan siyasi gərginlik iqtisadiyyata da təsir edib.

SalamNews-un “Radikal”a istinadən verdiyi xəbərə görə, Suriya tərəfi Türkiyə ilə həyata keçirdiyi idxalı dayandırmağa qərar verib. Suriyanın Baş naziri Adil Səfər tərəfindən qəbul edilən “Gömrük vergisi 5 faizdən yüksək olan məhsulların idxalının qadağan edilməsi” qərarı sentyabrın 22-də bütün Suriya gömrüklərinə göndərilib. Qərarın sentyabrın 25-dən tətbiq edilməsi planlaşdırılsa da vaxtı bir həftəlik uzadılıb.
Dünəndən etibarən Türkiyə İqtisadiyyat Nazirliyi ixracat qurumlarını məsələ ilə bağlı məlumatlandırır. Qurumlar da Suriyaya məhsul edən ixrac edən firmalara tək-tək zəng vuraraq xəbər veriblər.
İstanbul Mədən və Metallar İxracat Birlikləri sədri Murat Akyüz bu qərarın ixrac edilən bütün məhsulları əhatə etdiyini söyləyib: "Bu qərar qida, inşaat, tekstil, kimyəvi məhsulu da əhatə edir. Bu, Türkiyə ilə Suriya arasındakı ixracatın tamamilə bitməsi deməkdir".
Qərarın Türkiyəni cəzalandırmaq məqsədi ilə verildiyini iddia edən Akyüz deyib: "Biz bu tətbiqin siyasi xarakter daşıdığını düşünürük”