Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri İraqın şimalında PKK-ya qarşı əməliyyat keçirib.
Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində verilən məlumata görə, Türkiyənin qırıcı təyyarələri Zap və Qara rayonunda PKK-nın mövqelərini bombalayıb.
Əməliyyat nəticəsində terrorçulara məxsus sığınacaqlar və silah anbarları məhv edilib.