Ötən ayın sonunda İranda yağan leysan yağışlar səbəbindən bir çox vilayətdə başlayan daşqın qurbanlarının sayı 70-ə yüksəlib.
Bu barədə CNN telekanalı məlumat yayıb.
Bildirilir ki, İranın 13 vilayətində qeydə alınan daşqın nəticəsində ölənlərin sayı artır. Qurbanların sayı daha çox Fars əyalətində qeydə alınıb. Burada 20-dən çox iranlı həyatını itirib.
Ölkənin məhkəmə-tibbi bürosunun rəhbəri Əhməd Sоcayinin sözlərinə görə, ölkədə daşqınlardan təxminən 500 adam zərər çəkib. Qeyd edib ki, Gülüstan və Mazandaran vilayətlərində 56 mindən çox sakinə maddi ziyan dəyib.