Oxucu sual verir: Namazlarda Fatihədən sonra İxlas surəsinin əvəzinə başqa surə oxumaq olarmı?
Namazların qiraətində vacib olan şərtlərdən biri də budur ki, birinci və ikinci rükətlərdə Fatihədən sonra hər hansı surə bütöv şəkildə oxunsun. İstər İxlas surəsini, istərsə də hər hansı başqa surəni oxumaq olar. Müctəhidlərin rəyinə görə, birinci rükətdə Fatihədən sonra Qədr surəsini, ikinci rükətdə isə İxlas surəsini oxumaq müstəhəbdir. Ənənəyə görə, İxlas surəsinə daha çox önəm verilməsinin səbəbi budur ki, bir sutka ərzində qılınan namazlarda heç olmasa, bir dəfə də olsa, bu surəni oxumaq təkid edilir. Beləcə, sutka ərzində qılınan 5 namazın birinci və ikinci rükətlərində, cəmi 10 dəfədən heç olmasa birində Fatihədən sonra İxlas surəsi oxunmalıdır.