Yunan Kipri tərəfindən başladılan kəşfiyyat-qazma işləri Aralıq dənizində vəziyyəti gərginləşdirib.

SalamNews-un “Milliyyət”ə istinadən verdiyi xəbərə görə, son iddia Türkiyə-İsrail münasibətlərindəki gərginliyi daha da artıracaq. Yunan Kiprinin qəzetləri İsrail hərbi təyyarələrinin Şimali Kipr Türk Respublikası və Mersin sahillərində alçaqdan uçduğunu yazıb.
Yunanların “Fileleftheros” qəzeti xəbər verir ki, İsrail hava qüvvələrinə aid 2 hərbi təyyarə Təl-Əvivdən havaya qalxdıqdan sonra Yunan Kipr hava məkanında uçuş həyata keçirtmək üçün icazə istəyib.
Daha sonra ŞKTR-nın Karpaz yarımadasından Türkiyə sahillərinə çatıb və Antalyaya qədər uçaraq geri dönüb.
Eyni zamanda İsrail helikopterinin Türklərin “Piri Rəis” seysmik tədqiqat gəmisini nəzarət altına aldığı da bildirilib.