Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 1-2-də Tehranda keçiriləcək “Fələstin xalq hərəkatının müdafiə olunması” mövzusunda iclasda iştirak edəcək.

QMİ-nin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, səfər İran parlamentinin sədri Əli Laricaninin şəxsi dəvəti ilə həyata keçirilir. Şeyxülislam iclasda məruzə ilə çıxış edəcək. Onun İran dövlətinin rəhbərliyi və rəsmi şəxsləri ilə yüksək səviyyədə görüşləri də nəzərdə tutulur.