Rəcəb ayının 27-nə keçən gecə İslam aləmində böyük bayram kimi qeyd edilir. Əhli-sünnə məzhəbinə görə bu gecə Merac qəndili, şiə məzhəbinə görə isə Məbəs gecəsidir (Məbəs - Hz. Muhəmmədə (s) peyğəmbərlik verilməsi) . Bu gecə əhya saxlamaq, gecəni ibadət və dualarla keçirmək müstəhəbdir.
Bu il əhli-sünnə dünyası Merac qəndilini aprelin 3-nə keçən gecə qeyd edir.
İslam.az kollektivi bu gecə Merac qəndilini qeyd edən müsəlmanları bayram münasibəti ilə təbrik edir!