Oxucu sual verir: Heyvanlar da qiyamət günündə diriləcəklərmi?
Ölümdən sonrakı həyat ruhu olan varlıqlara aiddir. Ruh insanı mənəvi baxımdan idarə edən qüvvədir. Ruh sayəsində insan bu dünyada seçim edir, öz seçiminə əsasən də axirətdə savab və ya cəza qazanır. Heyvanları ruh deyil, can (həyat qüvvəsi) idarə edir. Onlar insan kimi ağıl, seçim, vicdan dəyərlərinə malik deyillər. Buna görə də heyvanların qiyamət günü dirilmələrinə və əvəz almalarına ehtiyac yoxdur. Onların həyatı bu dünyadakı yaşayışla məhdudlaşır və ölümlə bitir. Bəzi dini rəvayətlərdə bəzi məhdud saylı canlıların (məsələn, Əshabi-kəhfin itinin) qiyamətdə dirildiləcəyi deyilir, amma bu xəbərlər bütün alimlər tərəfindən təsdiq edilmir və onlara fərqli şərhlər verilir.