Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı İsrail təyyarələrinin “Piri Rəis” araşdırma gəmisinə nəzarət etməsi ilə bağlı bəyanat yayıb.
SalamNews-un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bəyanatda bildirilir ki, “Piri Rəis” gəmisinin İsrail təyyarələri tərəfindən təqib edildiyi yönündəki xəbərlər yalandır və həqiqətə uyğun deyil.
İnternet saytında yerləşdirilən bəyanatda deyilir ki, Yunan Kiprində nəşr edilən qəzetdəki xəbərə istinadən bəzi mətbuat orqanları, İsrail hərbi təyyarələrin “Piri Rəis” araşdırma gəmisini təqib etdiyi, ŞKTR-nın hava məkanını pozduğu və Mersinə 5 mil qədər yaxınlaşdığı, Türkiyə hərbi təyyarələrinin havaya qalxdıqdan sonra İsrailə geri döndüyü yönündə xəbərlər yayıb: "Mübahisəyə səbəb olan xəbərlər həqiqətə uyğun deyil”.